Azərbaycan ərazisində qısamüddətli yağışlar yağacaq
27 Aprel 2011 Çərşənbə 11:02
Bakı və Abşeron yarımadasında aprelin 28-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 5-8, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 28-də hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 29-da hava, əsasən, yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar