Azərbaycan ərazisində havanın temperaturu yüksəlir
11 May 2011 Çərşənbə 13:04
Bakı. Sevil Valehova - APA. Mayın 12-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, bəzi yerlərdə duman olacaq, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Gecə 11-15, gündüz 20-25 dərəcə isti olacaq.
Mayın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində isə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 12-də hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.
Mayın 13-də də hava, əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Axşam şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: