Ölkə

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Martın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

· Xəbərçi
Azərbaycan ərazisində havanın temperaturu yüksəlir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 1-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 31-də hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 1-də hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 3-8, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Şərhlər