Azərbaycan ərazisində havanın temperaturu düşəcək
01 Avqust 2011 Bazar Ertəsi 13:12
Bakı. Sevil Zeynalqızı - APA. Bakı və Abşeron yarımadasında avqustun 2-də hava günəşli olacaq, şimal-şərq, şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə 25-28, gündüz 35-40, yarımadanın bəzi yerlərində 42 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə təşkil edəcək.

Avqustun 3-də hava günəşli olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 24-29, gündüz 37-40, yarımadanın bəzi yerlərində 42 dərəcə olacaq.

Avqustun 4-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-28, gündüz 34-36 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 2-də hava günəşli olacaq, şərq küləyi əsəcək. Gecə 24-29, gündüz 39-42, bəzi yerlərdə 44, dağlarda gecə 19-24, gündüz 34-38 dərəcə isti gözlənilir.

Avqustun 3-4-də bölgələrdə hava yağmursuz keçəcək. Lakin ayın 4-də axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, avqustun 3-də axşam və 4-də bəzi yerlərdə güclənəcək. Gecə 22-27, gündüz 39-42, bəzi yerlərdə 44, ayın 4-də 35-39, dağlarda gecə 19-24, gündüz 35-38, ayın 4-də 28-33 dərəcə olacaq .

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı, atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir. Xüsusilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil. Uzun sürən anomal isti hava şəraitindən sonra avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən enməsi əhalidə rahatlıq hissi yaradacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar