Bu gün "Azərbaycan əlifbası" günüdür. Hal-hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra istifadə edilib. Lakin Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Azərbaycan əlifbası bir neçə dəfə dəyişib. Müstəqillik yenidən qazanıldıqdan sonra ölkədə latın əlifbasına keçilsə də, uzun müddət mətbuat krill əlifbasından istifadə edib.
2001-ci il iyunun 18-də prezident Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamailə latın əlifbasına keçməklə bağlı fərman imzalayıb. Elə həmin il avqustun 9-da imzaladığı digər fərmana görə isə aqustun 1- i ölkədə "Azərbaycan əlifbası və dili günü" elan edilib./ANS PRESS/