Azerbaycan ehalisinin sayı artıb
13 Fevral 2014 Cümə Axşamı 14:33
2013-cü il erzinde 120,6 min nefer ve yaxud 1,3% artaraq 2014-cü ilin evveline 9 477,1 min nefer olub.
Azerbaycan ehalisinin sayı 2013-cü il erzinde 120,6 min nefer ve yaxud 1,3% artaraq bu ilin evveline 9 477,1 min nefer olub
APA-nın Dövlet Statistika Komitesine istinaden verdiyi melumata göre, öten il ehalinin sayının ümumi artımı, esasen, tebii artım hesabına baş verib.

Bununla yanaşı, miqrasiya artımı da müşahide olunub ve bu amil ehalinin ümumi artımının 1,8%-ni teşkil edib.

Ölke üzre ehalinin sıxlığı 1 kv. km-e 109 nefer teşkil edir. ehalinin ümumi sayından 53,2%-i şeher, 46,8%-i kend sakinlerinin, 49,7%-i kişilerin, 50,3%-i ise qadınların payına düşür ve her 1 000 kişiye 1 012 qadın düşür.

Öten il Azerbaycanda doğulanların sayı ölenlerin sayından 118,3 min nefer çox olub. Bele ki, 2013-cü ilde ölkede 172,6 min körpe doğulub, ehalinin her 1 000 neferine hesabı ile bu gösterici 18,6 teşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar teşkil edib. Körpelerin 2 270-i ekiz, 42-si ise üçem doğulub.

Ölke ehalisinin tekrar istehsalı temin olunaraq, uşaq doğmaq qabiliyyetine malik olan qadınların bütün ömür boyu her birine orta hesabla 2,2 doğulmuş uşaq düşür.

Öten il erzinde ölkede ölenlerin sayı ehalinin her 1 000 neferine hesabı ile 2012-ci il ile müqayisede 6,0-dan 5,8-dek azalıb.

Hesabat ilinde Daxili İşler Nazirliyi ve Dövlet Miqrasiya Xidmetinin müvafiq qurumları terefinden Azerbaycana daimi yaşamaq üçün 3,1 min nefer gelen ve 0,8 min nefer ölkeden geden qeyde alınıb. 2012-ci ille müqayisede öten il Azerbaycana daimi yaşamaq üçün gelenlerin sayı 957 nefer ve ya 44,1% artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar