Azerbaycan ehalisinin sayı açıqlandı
13 İyul 2013 Şənbə 22:51
İlham Əliyev: Azərbaycanda demoqrafik vəziyyət müsbətdir.
Azərbaycan böyüyür. Əhalinin sayı artmaqda davam edir. Bu çox vacib məsələdir. Hətta bu vacib məsələyə prezident də öz çıxışlarında toxunub və o, demoqrafik artımın prioritet olduğunu vurğulayıb. İyul ayının 1-ə olan statistik göstəricilərə əsasən Azərbaycanın əhalisinin sayı 9 milyon 412 min nəfərdir. Yəni hər kvadrat metrə 109 nəfər düşür.

Əhalinin sayının çoxalmasını ölkə başçısı İlham Əliyev dövlətin gücü və qüdrətinin artması kimi qiymətləndirir.

“Demoqrafik amillər nəzərdən keçirilməlidir çünki, bu amillər dünyada artır bəzi ölkələrə müsbət bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik prosesler bu gün təhlil mövzusudur. Bu istiqamətdə Azərbaycanda demokrafik vəziyyət müsbətdir bizim əhalimizi artırır” - deyə ölkə başçısı bildirib.

Azərbaycanda ən çox doğum ötən əsrin 60-ci illərinin ortalarında qeydə alınıb. O vaxt bir ailəyə orta hesabla 4-5 uşaq düşüb. Bu günsə hər ailəyə ən yaxşı halda 2 uşaq düşür. Ekspertlər deyir ki, əhalinin sayının normal tərzdə artması üçün hər ailəyə 3 uşaq düşməlidir.

Bu ilin 6 ayı ərzində 83,1 min uşaq doğulub ki, onlardan da 53,6 % oğlan, 46,4 % isə qızlardır. Ekspert son illər doğulan oğlan uşaqlarının sayının artmasını qız övladlarının ana bətnində məhv edilməsi ilə izah edir. Onun sözlərinə görə əhalinin sayının artması məsələsində kəmiyyətlə yanaşı keyfiyyətdə nəzərə alınmalıdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə Azərbaycan əhalisinin 53,1 % şəhərlərdə, 46,9 % isə kəndlərdə yaşayır. Ekspertlər bunun səbəbini sənaye obyektlərinin şəhərlərdə yerləşməsi və həyat səviyyəsinin kəndə nisbətən daha yaxşı olması ilə əlaqələndirirlər.

Ölkə əhalisinin 50,3 %-ni qadınlar, 49,7 % isə kişilər təşkil edir. Bu hesablada hər min kişiyə 1013 qadın düşür. Bunun səbəbi isə kişilərin qazanc ardıyca xarici ölkələrə üz tutmasıdır.

Ümumilikdə isə ölkə ərazisində 14 yaşa qədər olan əhalinin sayı 22,3 %,15-64 yaş arası 71,9 %, 65 yaşdan yuxarı isə 5,8 % təşkil edir. Bu ilin 6 ayı ərzində isə 28,8 min nəfər dünyasını dəyişib. Sosioloqlar isə ötən illərlə müqayisədə ölüm hallarının azaldığını, əvəzində ilbəil doğumun sayının artdığını deyirlər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar