Azərbaycan dövləti məscid sökən dövlət deyil, məscid tikən dövlətdir
13 Dekabr 2009 Bazar 16:05
Hidayət Orucov: "Məscidlərin sökülməsi ilə bağlı deyilənlər doğru deyil"
Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı deyilənlər doğru deyil.

Bunu, ANS-ə verdiyi eksklüziv müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O bildirib ki, söz-söhbətlərə səbəb, müəyyən şəxslərin məscid adı altında qanunsuz tikililər ucaltmasıdır: "Azərbaycan dövləti məscid sökən dövlət deyil, Azərbaycan dövləti məscid tikən dövlətdir".

Qeyd edək ki, H.Orucovla tam müsahibəyə bu axşam, saat 21.30-da efirə gedəcək "Əhatə Dairəsi" verilişində baxa bilərsiniz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar