Azərbaycan diasporuna dövlət qayğısı adlı kitab işıq üzü görüb
07 Yanvar 2010 Cümə Axşamı 22:10
Bu günlərdə “Azərbaycan diasporuna dövlət qayğısı” adlı kitab işıq üzü görüb.
APA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu nəşr Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən III kitabdır.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem və qayğılarının həllinə xidmət edən fərman və sərəncamları, dünya azərbaycanlılarına, həmçinin diaspor təşkilatlarının toplantılarına müraciətləri və digər mühüm sənədlər, habelə forum və qurultaylardakı çıxışları, diaspor nümayəndələri ilə görüşlərinə dair məlumatlar toplanıb.
“Azərbaycan diasporuna dövlət qayğısı” kitabı Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Eyni zamanda bu topludan dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq doğma Vətənə, dövlətçiliyimizə bağlı olan hər bir azərbaycanlı stolüstü kitabı kimi istifadə edə bilər. APA
DOSTLARINLA PAYLAŞ: