Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib.
Q.Nəzirovun sözlərinə görə, bu layihə üzrə işlərə iyun ayında başlanılıb, Ağstafa-Tatlı mənzilində ilk 1 km yol qoyulub. Bundan sonra isə hər həftə yolun 2-3 km-lik hissəsinin yenidən qurulması gözlənilir. Təmir işləri eyni vaxtda yolun müxtəlif yerlərində aparılacaq: «Ümumiyyətlə 317 km-lik yolun əsaslı təmiri üç il müddətinə planlaşdırılır. Artıq 2014-cü ildə işlər tam başa çatdırılmalıdır».
Yenidənqurma nəticəsində dəmir yolunda qatarların maksimal sürəti 140 km/saata, orta sürət isə 100-120 km/saata çatdırılacaq.
Qeyd edək ki, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması işləri müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir. Proqram dəmir yolunun yenidən qurulması ilə yanaşı lokomotiv parkının yeniləşdirilməsi, rabitə işarəvermə və enerji sisteminin yenidən qurulmasını nəzərdə tutur. APA
Azərbaycan dəmir yolunda orta sürət 120 km/saata çatdırılacaq
Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması üç il davam edəcək və 2014-cü ildə başa çatacaq.




Şərhlər