Azərbaycan Dəmir Yolları QSC-də işçi ixtisarları gözlənilirmi?
08 Fevral 2014 Şənbə 14:51
Azərbaycan Dəmir Yolları QSC-nin işçiləri aldıqları əmək haqqının azlığından şikayət edirlər.
Dəmir Yolları” QSC-nin işçiləri aldıqları əmək haqqının azlığından şikayət edirlər. ANS PRESS-in məlumatına görə, dəmiryolçular , bütün sahələrdə maaş artımının olduğunu desələr də yalnız onların məvacibləri artmayıb.
Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, idarədə orta aylıq maaş 208 manatdır. Bu vəsaitdən az da alanlar var, çox da. Lakin yaxın gələcəkdə məvacib artımı olacaq.
“Hazırda işçi kontengeni ilə işin həcmi qeyri-bərabərdir. Yəni işçilərin sayı çoxdur, amma daşınan yüklərin həcmi azdır. Biz problemi həll etmək üçün gərək işçiləri çıxaraq. Amma biz bunu etməyəcəyik. Ona görə də, müvəqqəti olaraq, biz bu şərtlə işləməyə məcburuq”, - deyə Nadir Əzməmmədov bildirib.
DOSTLARINLA PAYLAŞ: