Azərbaycan çaylarının suyu artıb
21 Noyabr 2009 Şənbə 09:55
Azərbaycan çaylarının suyu artıb. Buna səbəb intensiv yağışlar olub.
Azərbaycan çaylarında sululuq artıb. Buna səbəb noyabr ayının 17-də gündüzdən başlayaraq yağan yağışlar olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz və Balakən-Şəki bölgəsinin çaylarında müşahidə olunur və normanın 140-280, Qazax-Gəncə bölgəsi çaylarında ongünlük normanın 125-145, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 115-125 faizini təşkil edir.

Böyük su anbarlarında da su artıb. Şəmkir su anbarının hazırkı səviyyəsi 144,76 metr (2008-də 153,18 metr), Mingəçevir su anbarının səviyyəsi 80,29 metr (2008-də 75,82 metr), Araz su anbarının səviyyəsi isə 771,17 metr (2008-də 769,65 metr) təşkil edir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar