Azərbaycan bu gün yay vaxtına keçir
26 Mart 2011 Şənbə 11:12
Bu gecə saatların əqrəbləri bir saat irəli çəkiləcək


Bakı. Rəşad Süleymanov- APA. Bu gecə Azərbaycanda yay vaxtına keçiləcək. Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 27-si saat 04.00-da ölkə ərazisində saatlar bir saat irəli çəkiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar