Azərbaycan BMT-də keçici üzvlüyə iddia edir
26 Sentyabr 2009 Şənbə 17:00
Rəsmi Bakı ümid edir ki, Azərbaycanın namizədliyi İKT ölkələri tərəfindən dəstəklənəcək
Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına keçici üzvlük qismində namizədliyini irəli sürüb. "Novosti -Azerbaydjan" agentliyinin verdiyi məlumata görə, bu barədə Nyu-Yorkda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərilə görüşdə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov bildirib.

"BMT Təhlükəsizlik Şurasına üzvlüyə seçilmək məsələsi Baş Assambleyanın 2011-ci ildə keçiriləcək 66-cı sessiyası çərçivəsində baxılacaq", - deyə Məmmədyarov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı ümid edir ki, Azərbaycanın namizədliyi İKT ölkələri tərəfindən dəstəklənəcək.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar