Azerbaycan bir şertle Vahid Gömrük İttifaqına daxil ola biler
10 Avqust 2013 Şənbə 22:41
Ekspertler hesab edir ki, bu yalnız Rusiya Dağlıq Qarabağ münaqişesinin hellinde Ermenistana müeyyen tezyiqler gösterse baş vere biler.
Vladimir Putin avqustun 13-də Bakıya gələcək. Səfərdə 2 ölkə arasında mühüm məsələlərin diqqət mərkəzində olacağı bildirilir. Ekspertlərin fikrincə Rusiya prezidentinin səfərində Azərbaycanın Vahid Gömrük İttifaqına üzvlüyü məsələsinin də müzakirə ediləcəyi istisna edilmir. Lakin iqtisadçılar hesab edirlər ki, Azərbaycan bu təşkilata daxil olmaq Azərbaycana sərf etmir. Çünki Azərbaycanın iqtisadi mübadiləsi qərb ölkələri ilə üstünlük təşkil edir. Əgər Azərbaycana idxal olunan məhsulların yalnız 15 % MDB ölkələrinin payına düşürsə, qalan 85 % Qərb və Asiya ölkələrinə aiddir. İxrac olunan məhsullarda da vəziyyət eynidir.

Ekspertlər hesab edirlər ki, bir sıra digər postsovet ölkələrinin Gömrük İttifaqının əleyhinə çıxmasına baxmayaraq, Putin onu yaratmaqda və MDB ölkələrini bu birliyə daxil etməkdə israrlıdır. Səbəb isə odur ki, Putin Qərbə qarşı daha güclü birlik yaratmaq istəyir, eyni zamanda, bu onun siyasi karyerası üçün də mühüm əhəmiyyət kəsb edir.

Ekspertlər düşünür ki, Putin Şərqi Avropa və Orta Asiya ölkələrinin Gömrük İttifaqın daxil etməklə Sovet İttifaqın yeni formasını yaratmaq istəyir. Lakin iqtisadi baxımdan gömrük ittifaqları dövlətlərə sərf edir. Lakin bununla belə ekspertlər hesab edirlər ki, Azərbaycan bu quruma müəyyən şərtlərlə daxil ola bilər. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana müəyyən təzyiqlər göstərsə.

Qeyd edək ki, Gömrük İttifaqı Belarus, Qazaxıstan və Rusiyanın ticarət-iqtisadi inteqrasiyası formasıdır, gömrük rüsumlarının və iqtisadi xarakterli məhdudiyyətlərin tətbiq edilmədiyi vahid gömrük ərazisi yaradılmasını nəzərdə tutur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar