Ölkə

Azərbaycan alpinistləri Kazbeki fəth edəcəklər

Gürcüstanda alpinistlərin təlim-məşq toplantısı keçiriləcək

· Xəbərçi
Azərbaycan alpinistləri Kazbeki fəth edəcəklər
Azərbaycan Alpinizm Federasiyası sentyabrın 5-də Gürcüstanda alpinistlərin təlim-məşq toplantısına başlayacaq. Federasiyanın saytında yerləşdirilən məlumata görə, alpinistlərin hazırlıq proqramının 2-ci və 3-cü dərəcə normativlərini yerinə yetirən alpinistlər üçün bir sıra zirvələrə dırmaşmaq; Azərbaycanın veteran alpinistləri üçün mürəkkəblik dərəcəsi 2A olan marşrut üzrə Kazbekə (5033 metr) dırmaşmaq; yüksək zirvələrə dırmaşan gənc alpinistlər üçün Kazbekə sürətli yarış, habelə mürəkkəblik dərəcəsi 3B olan marşrut üzrə Kazbekə qalxmaq planlaşdırılır.

Toplantılarda Azərbaycan Alpinizm Federasiyasının tərkibinə daxil olan, habelə onunla əməkdaşlıq edən klublar və bölmələr, eləcə də Federasiyanın fərdi üzvləri iştirak edəcəklər.

Şərhlər