“Azərbaycan ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir”
28 Aprel 2011 Cümə Axşamı 11:02
“Azərbaycan 90-cı illərin əvvəllərində SSRİ-nin tərkibindən çıxdıqdan sonra bizim müttəfiqimizdir, buna görə Azərbaycan hökumətinə minnətdarıq”.


APA-nın məlumatına görə, bu fikirləri “Azadlıq” radiosuna verdiyi müsahibədə ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun rəhbəri Bill Şuster söyləyib. Konqresmen bildirib ki, Azərbaycan dünyada ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir: “Cənubda İran, şimalda Rusiya ilə həmsərhəd olan Azərbaycan çox mürəkkəb coğrafi regionda yerləşir, buna baxmayaraq Azərbaycan bizimlə müttəfiqimiz olmaqda davam edir”.

ABŞ Konqresi nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən Bill Şuster qeyd edib ki, heyət səfər çərçivəsində prezident İlham Əliyevlə görüşəcək və ikitərəfli münasibətləri, ölkədə demokratik institutların inkişafı məsələlərini müzakirə edəcəklər.

Heyətin tərkibinə daxil olan konqresmen Kris Merfi bildirib ki, bu, əksər konqresmenlərin Azərbaycana ilk səfəridir: “Biz bu səfəri çox mühüm hesab edirik, xüsusilə o səbəbdən ki, siyasi cəhətdən çox mühüm ölkə olan Azərbaycan ABŞ Konqresinin diqqətindən xeyli kənarda qalıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar