AZAL iyunun 5-dən Bakı-Karlovı Varı marşrutu üzrə reys açır
21 Aprel 2011 Cümə Axşamı 14:49
Aviareyslər istirahət günləri gündə iki dəfə J2 111 və J2 112 reysləri ilə həyata keçiriləcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2011-ci il iyunun 5-dən etibarən Bakı-Karlovı Varı-Bakı marşrutu üzrə yeni müntəzəm aviareys həyata keçirəcək. Bu barədə QSC-nin məlumatında qeyd edilir.

“Uçuşlar A-319 aerobusları ilə həyata keçiriləcək”, - deyə xəbərdə vurğulanır.

Aviareyslər istirahət günləri gündə iki dəfə - bazar günü saat 09.50, 12.40 -da J2 111 və J2 112 reysləri ilə həyata keçiriləcək.

Şirkət Bakı-Karlovı Varı-Bakı reysi ilə avaibiletin qiyməti haqqında hələlik məlumat vermir.








DOSTLARINLA PAYLAŞ:

oyunlar