AZAL İstanbul və Moskva reyslərinin sayını artırır
18 Fevral 2011 Cümə 13:23
Reyslərin sayı mütəmadi gündəlik reyslərin açılması sayəsində artırılacaq
"Azərbaycan Hava Yolları" (AZAL) QSC martın 18-dən etibarən Bakı-İstanbul-Bakı və Bakı-Moskva-Bakı marşrutları üzrə reyslərin sayını gündə üç dəfəyədək artıracaq. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, reyslərin sayı mütəmadi gündəlik reyslərin açılması sayəsində artırılacaq.
Belə ki, Bakı-İstanbul marşrutu üzrə J2 079 reysi Azərbaycan paytaxtından hər gün saat 12:00-da (yerli vaxtla) qalxacaq, İstanbula saat 12:50-də (yerli vaxtla) enəcək. Öz növbəsində J2 080 avireysi İstanbuldan saat 14:20-də qalxacaq və Bakıya saat 19:00-da enəcək. Reyslər A-320 markalı təyyarələrlə həyata keçiriləcək.
Bakı-Moskva (Domodedovo) marşrutu üzrə J2 862 reysi Bakıdan saat 12:15-də (yerli vaxtla) qalxacaq və saat 14:15-də (yerli vaxtla) Moskvaya enəcək. Öz növbəsində Moskva-Bakı marşrutu üzrə J2 861 reysi Rusiya paytaxtından saat 15:35-də qalxacq və saat 19:25-də Bakıya enəcək. Bakı-Moskva-Bakı marşrutu üzrə əlavə reys də A-320 markalı təyyarələrlə həyata keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: