Ölkə

AZAL güzəştli tariflər tətbiq edir

AZAL güzəştli tariflər tətbiq edir. Məqsəd daxili turizmin inkişaf etdirilməsidir.

· Xəbərçi
AZAL güzəştli tariflər tətbiq edir
“Azərbaycan Hava Yolları” 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə əlaqədar, daxili turizmin, eləcə də sanatoriya və istirahət zonalarının inkişaf etdirilməsi məqsədilə öz daxili imkanları hesabına vətəndaşlığından asılı olmayaraq, bütün kateqoriyalı sərnişinlər üçün güzəştli tariflər tətbiq edib. AZAL-ın rəsmi saytında yerləşdirilən məlumata görə, 15.07.2011-ci il tarixdən 31.12.2011-ci il tarixədək Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində aviabiletlər aşağıda göstərilən tariflərə müvafiq olacaq:

Bakı-Gəncə/Gəncə-Bakı – 40 AZN
Bakı-Lənkəran/Lənkəran-Bakı – 25 AZN
Bakı-Zaqatala/Zaqatala-Bakı – 35 AZN

Əlavə məlumat üçün əlaqə saxlayın:

Tel.: + (99412) 598-88-80
E-mail: [email protected] ANSPRESS

Şərhlər