Azal bəzi aviareysləri bərpa edib
21 Aprel 2010 Çərşənbə 06:30
Bakı-London və Bakı-Paris təyyarə reyslərinin isə nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.
Azərbaycan hava yollarına məxsus təyyarə reyslərində də İslandiyada vulkan püskürməsi ilə bağlı yaranmış fasilələr aradan qalxır. Bu barədə Azal-ın xidmət rəisi Məhərrəm Səfərli ANS-ə məlumat verib. Onun sözlərinə görə, artıq ötən gün axşam saat 20.07-də Frankfurt-Bakı reysi, saat 23.00-də isə Milan- Bakı reysi ilə uçan təyyarələr Bakıya çatıb. Bakı-London və Bakı-Paris təyyarə reyslərinin isə nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

Xatırladaq ki, aprelin 15-dən İslandiyada vulkan püskürməsi ilə əlaqədər Bakıdan Avropaya təyyarə reysləri təxirə salınmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar