Azadlıq qezeti fealiyyetini dayandırdı
31 İyul 2014 Cümə Axşamı 18:14
Bu gün Azerbaycan neşriyyatı Azadlıq qezetini borc sebebinden çap etmekden imtina edib.
ANS PRESS-in melumatına göre, bu barede qezetin baş redaktorunun müavini Rahim Hacıyev açıqlama verib:
"Bu gün neşriyyat bize xeberdarlıq etdi ki, qezetin neşriyyata borcu ödenilmediyinden qezeti çap ede bilmeyecek. Bizim "Azerbaycan" neşriyyatına 20 min manatdan artıq borcumuz var. Amma bu, bizim günahımızdan deyil, qezetimizi satan "Qasid" metbuat yayımı firmasının günahı üzünden yaranan borcdur. Bele ki, bu firma illerdir ki, bizden qezet alıb satır, 70 min manatdan çox pulumuzu vermir. Defelerle "Qasid"in qarşısında aksiyalar keçirmişik, amma xeyri olmayıb. Neticede biz de neşriyyata olan çap xerci ve kommunal xidmetlere göre borclarımızı ödeye bilmirik".
DOSTLARINLA PAYLAŞ: