Azadlıq prospekti stansiyası açıldı
30 Dekabr 2009 Çərşənbə 13:05
Bakı Metropoliteninin yeni Azadlıq prospekti stansiyasının açılışında ölkə başçısı İlham Əliyev iştirak edib
Bu gün Bakı Metropoliteninin yeni “Azadlıq prospekti” stansiyası istifadəyə verilib. Açılış mərasimində olkə başçısı İlham Əliyev iştirak edib. Dövlət başçısına stansiya barədə ətraflı məlumat verilib və İ.Əliyev stansiyanın açılışını nəzərdə tutan lenti kəsib.
Prezidentə bildirilib ki, «Azadlıq prospekti» Bakı Metropolitenində ilk sütunsuz stansiyadır. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.

Qeyd edək ki, Yeni “Azadlıq stansiyası” metro stansiyası Azadlıq prospektində, 8-ci mikrorayonda yerləşir. Stansiyası "Nəsimi" stansiyasının davamıdır. Bundan sonra qatarlar “Memar Əcəmi” stansiyasından “Nəsimi” və daha sonra “Azadlıq prospekti” stansiyasına gedəcək. Stansiyanın inşası 2006-cı ildə başlayıb. 4 çıxışı olan stansiyanın ümumi uzunluğu 102 metr, platformanın eni 14 metrdir. Gələn ildən isə “Müşfiq” stansiyasının tikintisinə başlanılacaq.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar