Azadlıq prospekti metro stansiyası açılır
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:40
Azadlıq prospekti metro stansiyası açılır. Dekabrın 24-25-də stansiyanın rəsmi açılış mərasimi olacaq.
Bayramqabağı paytaxtın nəqliyyat sistemində yeniliklər gözlənilir. Belə ki, “Səkkizinci mikrorayon”da inşa edilən “Azadlıq prospekti” metro stansiyasında son tamamlanma işləri başa çatıb.

Stansiya dekabrın 24-25-də rəsmi açılış mərasimindən sonra istifadəyə veriləcək. 4 çıxışlı stansiyanın uzunluğu 102 metr, platformasının uzunluğu isə 14 metrdir. Bu il “Azadlıq prospekti” stansiyası üzrə işlərin tamamlanması üçün dövlət büdcəsindən 57 milyon manat vəsait ayrılıb.

Bu stansiyanın digər metrostansiyalardan fərqləndirən əsas cəhət onun platformasının sütunsuz formada tikilməsidir. “Azadlıq prospekti” stansiyası ötən ilin sentyabrında istifadəyə verilən “Nəsimi” stansiyasının davamıdır. Stansiya istifadəyə veriləndən sonra qatarlar “Memar Əcəmi”də dəyişmədən birbaşa “Azadlıq prospekti” stansiyasına gələ biləcək. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar