Azad Mirzecanzade yad edilib
21 Noyabr 2013 Cümə Axşamı 22:35
Azad Mirzecanzade yad edilib. Azerbaycan, Rusiya ve Başqırıstan alimleri merhum akademikden danışıblar.
Bu gün Azerbaycan Milli Elmler Akademiyasında (AMEA) akademik Azad Mirzecanzadenin 85 illik yubileyine hesr olunmuş “Neft-qaz sahesinde qeyri-Nyuton sistemler” mövzusunda beynelxalq elmi konfrans başlayıb. Bu barede ANS PRESS-e AMEA Reyaset Heyeti Merkezi Aparatının ictimaiyyetle elaqeler şöbesinden melumat verilib.
Açılış merasiminde bildirilib ki, Azad Mirzecanzade Azerbaycan Milli Elmler Akademiyası, Rusiya Tebiet Elmleri Akademiyası, Başqırdıstan Elmler Akademiyası, Ukrayna Neft qaz Akademiyasının heqiqi üzvü, fexri neftçi, fexri qaz senayesi işçisi, iki defe Azerbaycan Dövlet mükafatı laureatı, üç defe İ.M.Qubkin adına mükafat laureatı, Azerbaycan Respublikasının emekdar elm ve texnika xadimi, Azerbaycan Respublikası Prezidentinin ferdi teqaüdçüsü olub.
Bundan elave, Azad müellim dünyanın yegane alimlerindendir ki, 60 illik elmi fealiyyeti erzinde 100-e yaxın elmler doktoru, 300-den çox elmler namizedi yetişdirib. Onlar Azerbaycanın, Rusiyanın, Özbekistanın, Tatarstanın, Türkmenistanın, Ukraynanın, efqanıstanın, Almaniyanın, Bolqarıstanın, Suriyanın, Misirin, elcezairin, Koreyanın, Vyetnamın, İordaniyanın, Yemenin, Sudanın ve diger ölkelerin elm ve tehsil müessiselerinde işleyirler.
Açılışda Azerbaycan alimleri ile yanaşı Başqırdıstan Respublikası Elmler Akademiyasının prezidenti, akademik Ramil Baxtizin, Rusiya Tebiet Elmleri Akademiyasının Birinci vitse-prezidenti, akademik Lida İvanitskaya çıxış edibler.
DOSTLARINLA PAYLAŞ: