Aydın Əliyev vətəndaşlarla görüşəcək
    26 Fevral 2014 Çərşənbə 13:33
    Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev Gəncə şəhərində vətəndaşlarla görüşəcək.
    
                	 
    
         DGK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 28-də saat 10:00-da Gəncə Gömrük İdarəsinin inzibati binasında (Gəncə şəhəri, Abbas Səhhət küçəsi 72) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
DOSTLARINLA PAYLAŞ: