Aydın Əliyev manatdan danışdı
27 Fevral 2015 Cümə 17:18
Aydın Əliyev: Məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir.
Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev bildirib ki, gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir:

DGK sədri Aydın Əliyev onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: “Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar