Aydın Beşirov Neqliyyat Nazirliyinin Kollegiyasının terkibinden çıxarılıb
27 Yanvar 2014 Bazar Ertəsi 10:59
Bu vezifeye “Azerbaycan Xezer Deniz Gemiçiliyi” QSC-nin sedri Rauf Veliyev getirilib.
Xezer Deniz Gemiçiliyi İdaresinin reisi deyişdirilib. ANS PRESS-in melumatına göre, bu barede Nazirler Kabinetinin bezi qerarlarında deyişiklikler edilmesi haqqında qerarda qeyd edilib.
Yeni deyişikliye esasen Dövlet Xezer Deniz Gemiçiliyinin reisi Aydın Beşirov Neqliyyat Nazirliyinin Kollegiyasının terkibinden çıxarılıb ve “Azerbaycan Xezer Deniz Gemiçiliyi” QSC-nin sedri Rauf Veliyev Neqliyyat Nazirliyinin Kollegiyasının terkibine daxil edilib.
Nazirler Kabinetinin qerarı ile "Azerbaycan Respublikası Dövlet orqanlarının fövqelade halların qarşısının alınması ve bele hallarda fealiyyet üzre funksiyaları"nın on altıncı hissesinde "Xezer Gemiçiliyi İdaresi" sözleri "Azerbaycan Xezer Deniz Gemiçiliyi" Qapalı Sehmdar Cemiyyeti" sözleri ile evez edilib.
DOSTLARINLA PAYLAŞ: