Avtoxuliqanlara tamaşa edənlər cəzalandırılacaq
17 İyul 2011 Bazar 16:57
Yol polisi avtoşlarla yanaşı, onlara tamaşa etmək üçün hər gün gecə saatlarında Füzuli meydanına gələn vətəndaşlara xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi paytaxtda avtomobilini normal idarə etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib. Bu barədə ANS-ə qurumun yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.
Yol polisinin rəsmisi avtoşlarla yanaşı, onlara tamaşa etmək üçün hər gün gecə saatlarında Füzuli meydanına gələn vətəndaşlara da xəbərdarlıq edib. “Saxlanılan avtoxuliqanların çalışdığı, yaxud təhsil aldığı müəssisə rəhbərliyi qarşısında da, onların intizam məsuliyyətinə cəlb edilməsi üçün vəsadətlər qaldırılacaq. Çalışacağıq ki, avtoxuliqanlıq edənlərin hər biri barəsində çox ciddi olaraq ölçü götürülsün".
V. Əsədovun sözlərinə görə, avtoxuliqanların hərəkətinə tamaşa etmək bəhanəsilə, “5 mərtəbə” adlanan əraziyə gəzintiyə gələnlərin nəzərinə çatdırırıq ki, gəzinti üçün alternativ yerlər seçilsin: "Əks halda polis tərəfindən adekvat tədbirlər görüləcək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: