Avtomobil yolunda fontan peyda olub
13 May 2014 Çərşənbə Axşamı 23:22
Təzyiqlə çıxan su dərhal yolu öz cənginə alıb.
Bu gün paytaxtın mərkəzindəki yollardan birində fəvvarə peyda olub, nəticədə nəqliyatın hərəkəti iflic olub.
ANS TV-nin məlumatına görə, amma aidiyyati qurumlar tərəfindən dərhal ölçü götürülməsi vəziyyəti yüngülləşdirib.
Bu gün paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığından keçən avtomobil yolunda gözlənilmədən su fontan vurub. Təzyiqlə çıxan su dərhal yolu öz cənginə alıb. Elə bu vaxt yaxınlıqdan keçən avtomobillər bir anda dayanmalı olub. Nəticədə yolda tıxac yaranıb. Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları cəlb olunb.
Axan suyun qarşısı qısa müdətdə alınıb. Məlum olub ki, yolun alt hissəsindən keçən və diametri 250 millimetr olan boru partlayıb. Partlamaya səbəb isə borunun çürük olmasıdır.
Boru tezliklə müvəqqəti təmir olundu, axan suyun qarşısı alındı. “Azərsu” ASC-dən onu da bildirdilər ki, həmin ərazidə ümümiyətlə su boruları dəyişdirələcək. Yolun asfalt qatının zədələnməsi isə “Azəryolservis” ASC-ni təşvişə saldı. Əraziyə cəlb olunan qurumun əməkdaşları ilə “Azərsu” ASC-nin əməkdaşları arasında qısa anlaşmazlıq yaranıb.
Qısa müddətdən sonra isə yolda avtomobillərin hərəkəti tənzimlənib.
DOSTLARINLA PAYLAŞ: