Avtomobil yolları bağlanacaq
21 May 2010 Cümə 19:05
Səbəb Kür və Araz çaylarında suyun səviyyəsinin qalxmasıdır.
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar bir neçə gündən sonra Ələt-Astara yolunun, habelə Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun müəyyən hissəsi müvəqqəti olaraq bağlanacaq. Nəqliyyat Nazirliyi alternativ yol kimi cənubdan Bakı və əks istiqamətə hərəkət edən sürücülərə Ələt-Hacıqabul-Kürdəmir-Bəhramtəpə-Biləsuvar yolunu təklif edir.

"İki istiqamətdə yol bağlanacaq, söhbət avtomobil yollarından gedir. Bu, Bakı-Ələt istiqamətində gedən yolun Bakı-Astara istiqamətində hansı hissəsinin bağlanılacağına komissiya qərar verdikdən sonra bilinəcək. Bu yolun həmin hissəsi müvəqqəti olaraq bağlanılacaq. Daha bir yol Bakı-Hacıqabul-Bəhramtəpə yolu avtomobillərin hərəkəti üçün bağlı olacaq. Burada da yol təhülkənin daha çox olduğu yerdən bağlanılacaq. Yol bağlanandan bir neçə gün qabaq biz əhaliyə daha dəqiq məlumat verəcəyik”,- deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar