Ölkə

Avropa İttifaqı Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

Roland Konia: ""Mən bu müsabiqənin 2012-ci ildə Bakıdakı təşkilatının mühümi hadisə olacağına inanıram"

· Xəbərçi
Avropa İttifaqı Azərbaycanı qələbə münasibəti ilə təbrik edib
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycanı və Azərbaycan xalqını "Eurovision -2011" Mahnı Müsabiqəsində qələbə ilə bağlı təbrik edib. Bu barədə qurumun Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir.

"Bu, Eldar və Nikki duetinin heyrətləndirici çıxışı Avropada milyonlarla adamın ürəyinə toxundu və bütün dünyaya azərbaycanlıların necə zəngin mədəniyyət və musiqi ənənəsi olduğunu nümayiş etdirdi. Mən müğənniləri, azərbaycanlı adamları səmimi olaraq təbrik edirəm və onların sevinclərinə qoşuluram", - deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

"Mən bu müsabiqənin 2012-ci ildə Bakıdakı təşkilatının mühümi hadisə olacağına inanıram - bu, ölkəyə qarşı olan beynəlxalq diqqəti daha da artıracaq. Bu, qəti və sürətli inkişafını dünyaya göstərməkdə Azərbaycan üçün qızıl şansdır", deyə səfir əlavə edib.

Şərhlər