Avro-4 sertifikatının rüsumu 52 manat olacaq
27 Yanvar 2014 Bazar Ertəsi 23:28
Aprelin 1-den yeni standartın tetbiqinden sonra Azerbaycana idxal olunan avtomobillere Avro-4 standartına cavab vermesi baresinde sertifikat on deqiqe erzinde verilecek.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, aprelin 1-dən yeni standartın tətbiqindən sonra Azərbaycana idxal olunan avtomobillərə Avro-4 standartına cavab verməsi barəsində sertifikat veriləcək.
Bu sənəd nəqliyyat vasitəsi on dəqiqə ərzində yoxlandıqdan sonra təqdim olunacaq. Bunun üçün avtomobil iki əməliyyatdan keçəcək. Onun birinin qiyməti 20, digərinin isə 30 manatdır. Hər bir əməliyyat üçün bankın bir manat xidmət haqqını nəzər alsaq, ümumilikdə lazımi sənədin alınması vətəndaşa 52 manata başa gələcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar