Avqustun 26-da Bakıda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək
08 Avqust 2011 Bazar Ertəsi 11:40
Avqustun 26-da Bakıda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək


Bakı-APA. Avqustun 26-27-də Kempinski Hotel Badamdarda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək. ASAİF0dən APA-ya verilən məlumata görə, Forumun birinci günü gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları, o cümlədən ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələr planlaşdırılır. İşçi qruplarda olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, ölkələr üzrə nümayəndələr təyin ediləcək. Tədbirdə 40 ölkədən 250 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub. Forumun sonunda saat 20:00-da Kempinski Hotel Badamdarda tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq. Forumun ikinci günü iştirakçılarının Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonuna səfəri nəzərdə tutulur. Forumun rəsmi tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi və Azercell şirkətidir.
Forum haqqında geniş məlumat almaq və iştirakçısı olmaq üçün www.asaif.org ünvanında olan ərizə formasını doldurub onlayn olaraq (CV-nizi elektron ərizə formasının aşağısından avtomatik yükləyə bilərsiniz) 16 Avqust tarixinə kimi göndərməniz zəruridir. Texniki problemlər zamanı ərizə formasını və CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Seçilmiş namizədlər 18 Avqust tarixində məlumatlandırılacaqlar. Daha ətraflı məlumat üçün ASAİF İB-nin baş katibi Əbülfəz Şeydabəyovla əlaqə saxlaya bilərsiniz. (+99450 646 4964)


DOSTLARINLA PAYLAŞ:

oyunlar