Avqustda iş və istirahət günlərinin yeri dəyişdirilib
16 Avqust 2011 Çərşənbə Axşamı 13:05
Bu barədə Nazirlər Kabineti qərar qəbul edib
Nazirlər Kabineri avqust ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.

Qeyd edək ki, müqəddəs Ramazan bayramı 30 və 31 avqustda qeyd ediləcək. Beləliklə, 29, 30 və 31-i qeyri-iş günləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar