Azərbaycan Respublikasının mülki aviasiya işçiləri təltif ediliblər. Bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə Novruzov Bəhlul Şüleymanoviç, Talonin Anatoliy Mixayloviç və Hüseynov Sabir Ələsgər oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Prezidentin digər bir sərəncamı ilə Əmirov İlham Qoca oğlu, Quliyev Adil Adilyeviç və Nəzərov Cəfər Əminulla oğluna “Əməkdar Pilot” fəxri adı verilib. ANSPRESS
Aviasiya işçilərinə "Tərəqqi" medalı verildi
Prezidentin sərəncamı ilə üç nəfərə "Əməkdar Pilot" fəxri adı verilib.




Şərhlər