ATƏT nümayəndəsi Bakıya gəlib
09 May 2011 Bazar Ertəsi 21:55
Dunya Miyatoviç rəsmi görüşlərinə sabahdan başlayacaq
ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycana gəlib. O, rəsmi görüşlərinə sabahdan başlayacaq. Mayın 11-də isə D. Miyatoviç ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının birgə təşkil edəcəyi diffamasiya məsələlərinə həsr olunmuş konfransda iştirak edəcək.

Dunya Miyatoviçin sözlərinə görə, bu onun Azərbaycana ilk rəsmi səfəridir: “Mən burada rəsmilərlə və eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəm. Səfərimin yekunu olaraq isə mətbuat konfransı keçiriləcək. Bundan başqa, diffamasiya məsələlərinə həsr olunmuş konfransda iştirak edəcəm. Bu tədbirin keçirilməsi çox vacibdir”.

ATƏT nümayəndəsi əlavə edib ki, burada həmçinin onun əməkdaşları ilə burada daim fəaliyyət göstərən nümayəndəliyin əməkdaşları bir araya gələcək: “Hesab edirəm ki, səfərimin sonunda keçirəcəyim görüşlərlə bağlı ətraflı danışa biləcəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar