Ölkə

ATƏT-in Bakı Ofisinin rəhbərinin səlahiyyət müddəti başa çatır

Əli Bilgə Cankorel iyunun sonunda Azərbaycanı tərk edəcək

· Xəbərçi
ATƏT-in Bakı Ofisinin rəhbərinin səlahiyyət müddəti başa çatır
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin Azərbaycandakı missiyası başa çatır. APA-nın məlumatına görə, bu barədə səfir Cankorel Mingəçevirdə keçirdiyi görüşlər zamanı bildirib. Onun sözlərinə görə, missiyası başa çatdığından iyunun sonunda Azərbaycanı tərk edəcək.

Xatırladaq ki, Əli Bilgə Cankorel ATƏT-in Bakı Ofisinin rəhbəri postunda 2009-cu ilin aprelindən çalışır.

Şərhlər