Ölkə

Atəşkəs iki istiqamətdə pozulub

Düşmən cavab atəşilə susdurulub

· Xəbərçi
Atəşkəs iki istiqamətdə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da iki istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 12.45-dən 12.47-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.10-dan 13.30-dək isə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur./ANS PRESS/

Şərhlər