Aşura günü ilə milad bayramının eyni vaxta düşməsi problem deyil
24 Dekabr 2009 Cümə Axşamı 06:15
Aşura günü ilə milad bayramının eyni vaxta düşməsi problem deyil. Bu da ölkədəki müsəlmanlarla xristianlar arasında dost münasibətin mövcudluğundan xəbər verir.
Bu il aşura günü milad bayramı ilə eyni günə təsadüf edir. İraqın paytaxtı Bağdad şəhərində bu bayramı qeyd edənlərin sayı çox azdır və şəhərin mağazalarında milad ağaclarına demək olar ki, təsadüf olunmur. Həmişə olduğu kimi bu il də şəhərin xristian əhalisi bayramı evdə, öz yaxınlarının əhatəsində qeyd etməyi planlaşdırır. Kaldean kilsəsinin baş ruhanisi 3-cü Emmanuel Delli və İraq din xadimlərinin verdiyi məlumata görə aşura günü ilə milad bayramının eyni vaxta düşməsi ölkədə heç bir problemə səbəb ola bilməz. Buna bir neçə dəfə təsadüf edilib və heç bir dissident yaşanmayıb. Bu da ölkədəki müsəlmanlarla xristianlar arasında dost münasibətin mövcudluğundan xəbər verir. Buna baxmayaraq İraqın Bəsrə şəhərinin keşişi aşura günündə milad bayramının təntənəli şəkildə qeyd olunməsına qadağa qoyub. Həmçinin şəhərin katolik kilsəsinin başçısı buradakı xristian əhaliyə həmin gün bayramın təntənəli şəkildə qeyd ediləməməsi ilə bağlı xəbərdarlıq ünvanlayıb. Həmçinin ölkədə həmin günlə bağlı təhlükəsizlik tədbirləri görülüb. Xatırladaq ki, aşura günü İslam təqvimi ilə məhərrəm ayının onuncı gününə, yəni dekabrın 27-ə təsadüf edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: