Astarada 10 metrlik tort hazırlanır
15 Mart 2010 Bazar Ertəsi 17:35
Astarada 10 metrlik tort hazırlanır. Nəhəng şirniyyat Novruz bayramı münasibətilə bişirilir.
Azərbaycanın Astara rayonunda Novruz bayramı münasibəti ilə nəhəng tort hazırlanır. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yerli şirniyyatçıların hazırladığı tortun uzunluğu 10 metr, eni isə 1 metrdir. Rayonda ilk dəfədir ki, belə böyük tort hazırlanır.

Astara rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadovun ANS-PRESS-ə verdiyi məlumata görə, rayon icra hakimiyyəti imkansız ailələri də bayramda nəzərdən qaçırmayıb. 500-ə qədər ailə təqribən 100 manat dəyərində bayram sovqatları alacaq.

Martın 18-də keçiriləcək ümumrayon şənliyində "Halay" mahnı və rəqs ansamblı, folklor kollektivləri, rayonun incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. İcra başçısı Mahir Quliyevin sözlərinə görə, bayramda daha orijinal nömrə ilə çıxış edəcək şəxslər və şirniyyat ustaları mükafatlandırılacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar