Astara arıçıları may balının ilk süzümünə başlayıb
21 İyun 2009 Bazar 16:45
İldə 120-150 ton məhsul istehsal edən Astara arıçıları satış bazarının yaradılmasını tələb edirlər

 

Astara rayonu arıçılığın inkişafına görə cənub bölgəsində birinci sayılır. Rayonun kəndlərində çox az ailə tapılar ki, arıçılıqla məşğul olmasın. Rayonda ildə 120-150 ton arasında məhsul istehsal olunur. Təkcə 2008-ci ildə keçirilən respublika arıçılıq sərgisində Astara arıçıları 5 tondan artıq məhsul satıb. Bu il isə arıçılar satış bazarı problemi ilə üzləşiblər. Məhsulun bol olması isə bu problemi bir az da qabardıb.

30 ildir arıçılıqla məşğul olan İntiqam Kazımov saxta arıçılara qarşı mübarızə tədbirlərinin aparılmamasında və satış bazarının olmamasından şikayətlənir. Bu sahəyə dövlət dəstəyinin vacib olduğunu deyən arıçı, məhsulların satılması üçün nə vaxtsa ayıca bazarın yaradılacağına inanır.

Qeyd edək ki, arıçılıq dağ kəndlərində təsərrüfatın ən perspektivli sahəsi hesab olunur. Burada yaşayan əhali bu məşğuliyyət növü ilə dolanışığını təmin etdiyindən meşələrin mühafizəsi onların da maraq dairəsindədir. Məhz bu məqsədlə Arıçılıq Assosiasiyası yeni meşə massivlərinin yaradılması istiqamətində işə başlayıb. Bu sahənin inkişafı Astara rayon icra hakimiyyətinin də diqqət mərkəzindədir.

Esmira İsmayılova ANS TV

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar