Ölkə

AŞPA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu aprelin 6-da Azərbaycana gələcək. Bu barədə APA-ya AŞPA mətbuat xidmətindən məlumat verilib.

· Xəbərçi
AŞPA prezidenti Azərbaycana gələcək


Səfərdə məqsəd aprelin 7-9-da Bakıda keçiriləcək Mədəniyyətlərarası dialoq üzrə forumda iştirak etməkdir. M. Çavuşoğlu aprelin 7-də forumun açılışına və ilk sessiyasına qatılacaq. O, günün ikinci yarısında Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Qonağın prezident İlham Əliyev tərəfindən də qəbul olunacağı gözlənilir.

AŞPA prezidentinin Azərbaycana səfəri aprelin 8-də yekunlaşacaq.

Şərhlər