Asəf Nadirov “Şərəf” ordeni ilə təltif edilib
14 Mart 2009 Şənbə 10:10
Bu barədə prezident İlham Əliyev sərəncam verib

 

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətlərinə görə iqtisadi elmlər doktoru, professor Asəf Abbas-Qulu oğlu Nadirov “Şərəf” ordeni ilə təltif edilib. O, 400-ə yaxın elmi əsərin, eyni zamanda xaricdə nəşr edilmiş 21-ə yaxın elmi əsərin müəllifidir. 

Qeyd edək ki, A. Nadirov Azərbaycan iqtisadiyyatının hərtərəfli kompleks inkişafının zəruriliyinin əsaslandırılması, onun gerçəkləşdirilməsinin böyük imkanlarının düzgün qiymətləndirilməsi, məhsuldar qüvvələrin ölkədə yüksək artımının əsas istiqamətlərinin müəyyən edilməsi, ölkənin iqtisadi inkişafı ilə onun mükəmməl və təkmil ərazi nisbətlərinin təşəkkülünün qarşılıqlı əlaqəsinin müəyyən edilməsi, iqtisadiyyatın inkişafının, o cümlədən onun ərazi üzrə səmərəli yerləşdirilməsinin nəzəri və metodoloji problemləri, iqtisadiyyatın bütün aparıcı sahələrinin və regionlarda istehsalın inkişafı sahəsində dərin tədqiqatlar aparır./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar