ASAN Xidmet Ucar sakinlerinin evine geldi
28 Oktyabr 2013 Bazar Ertəsi 10:07
ASAN seyyar xidmetden Ucar ve Zerdab rayonlarının ehalisi yararlana bilecek.
Ucar və Zərdab rayonlarının ümumi sayı 145 000-dən çox olan sakini səyyar "ASAN Xidmət"dən Ucar rayonunda yararlana biləcəklər. "ASAN xidmət"-dən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 6-dək davam edəcək səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Xatırladaq ki, indiyədək Səyyar "ASAN Xidmət" çərçivəsində 17 məntəqədə 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar "ASAN Xidmət" in göstərilməsi planlaşdırılır.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda İmişli, Şəki şəhərində isə Şəki və Oğuz rayonlarının sakinlərinə Səyyar " ASAN Xidmət" göstərilib.
DOSTLARINLA PAYLAŞ: