ASAN xidmet Abşeron sakinlerinin xidmetinde
02 Aprel 2014 Çərşənbə 11:49
Prezidentin tapşırığına esasen Asan xidmet ehaliye seyyar xidmet gösterilmesini Abşeron rayonunda da davam etdirir.
Aprel ayının ilk günlerinde bu xidmetden Abşeron rayonunun sakinleri de yararlanmağa başlayıblar.
AzerTAc xeber verir ki, Abşeron rayonunun inzibati merkezi olan Xırdalan şeherinde ASAN xidmetin en son müasir texnoloji avadanlıqlarla techiz edilmiş ixtisaslandırılmış avtobusu aprelin 12-dek 195 minden çox sakine xidmet gösterecek.
Seyyar xidmetler Azerbaycan Respublikasının edliyye Nazirliyi, Daxili İşler Nazirliyi, Dövlet Torpaq ve Xeriteçekme Komitesi, Dövlet Sosial Müdafie Fondu ve emlak Meseleleri Dövlet Komitesi terefinden heyata keçirilir.
Bu xidmetlere notariat fealiyyeti, ümumvetendaş pasportlarının, şexsiyyet vesiqelerinin verilmesi ve deyişdirilmesi, sürücülük vesiqelerinin deyişdirilmesi, emek pensiyalarının teyin edilmesi, torpaq kadastrı, menziller üzerinde mülkiyyet hüquqlarının ilkin ve tekrar dövlet qeydiyyatına alınması barede çıxarışların, texniki pasportların, daşınmaz emlakın tesvirine, dövlet qeydiyyatına alınmış hüquqlara ve onların mehdudlaşdırılmasına dair dövlet reyestrinden arayışların, ferdi yaşayış evleri üzerinde mülkiyyet hüquqlarının tekrar dövlet qeydiyyatına alınması barede çıxarışların, texniki pasportların verilmesi daxildir.
DOSTLARINLA PAYLAŞ: