Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov xizək sürdü
07 Fevral 2014 Cümə 16:51
Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov qışın dadını çıxardıblar.
Prezident ailəsinin yeni fotoları paylaşılıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin kiçik qızı və kürəkəni qış istirahətinə yollanıblar.

Arzu xanım və Səməd bəy orada xizək də sürüblər. Prezidentin kürəkəninin xizəkdə xüsusi treklər göstərməyi diqqətdən yayınmayıb.

Qeyd edək ki, İlham Əliyev və xanımı bu gün Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiyada işgüzar səfərə yollanıb. Qış Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. Oyunlar fevralın 23-də yekunlaşacaq.

Xatırladaq ki, Arzu Əliyeva və Səməd Qurbanov 2011-ci ildə sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün 1 oğul övladı var.








DOSTLARINLA PAYLAŞ:

oyunlar