Artur Rasizade sedr seçilib
24 Aprel 2014 Cümə Axşamı 18:42
Dövlet Neft Fondunun Müşahide Şurasının növbeti iclası keçirilib. Artur Rasizade növbeti müddete Dövlet Neft Fondunun Müşahide Şurasının sedri seçilib.
Bu gün Azerbaycan Respublikası Dövlet Neft Fondunun (ARDNF) Müşahide Şurasının növbeti iclası keçirilib.

ARDNF-den ANS PRESS-e verilen melumata göre, Azerbaycanın Baş naziri, Dövlet Neft Fondunun Müşahide Şurasının sedri Artur Rasi-zadenin sedrliyi ile keçirilen iclasda Fondun 2013-cü ilde fealiyyeti haqqında illik hesabatı, maliyye fealiyyetinin auditinin neticeleri, ARDNF-nin 2013-cü il büdcesinin icrası meselelerine baxılıb.

Müşahide Şurası Neft Fondunun icraçı direktorunun teqdim etdiyi Fondun 2013-cü ilde fealiyyeti haqqında illik hesabatına, Fondun 2013-cü ilde maliyye fealiyyeti haqqında müsteqil auditorun ("Praysvoterhauskupers Audit Azerbaycan" MMC) hesabatına baxaraq onları meqbul hesab edib ve Neft Fondunun 2013-cü il büdcesinin icrası layihesini tesdiq olunmaq üçün Azerbaycan Prezidentine teqdim olunması barede qerar qebul edib.

Baş nazir Artur Rasizade növbeti müddete Dövlet Neft Fondunun Müşahide Şurasının sedri seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar