Arpa biçininə start verildi
14 İyun 2010 Bazar Ertəsi 10:45
Buğda biçininə isə təqribən 2 həftədən sonra başlanılacaq.
Azərbaycanda arpa biçininə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev ANS TV-yə bildirib ki, artıq Aran rayonlarında 2 min hektardan çox arpa sahəsi biçilib. Buğda biçininə isə təqribən 2 həftədən sonra start veriləcək.

S. Vəliyevin sözlərinə görə, bu mövsüm 937 min hektar sahədə arpa və buğda əkilib. Bunun 660 min hektarı buğdadır. O bildirib ki, sel və daşqınlarla əlaqədar 26 min hektardan bir qədər artıq taxıl sahəsi məhv olub.

S. Vəliyev onu da deyib ki, bu il ölkədə ötən ilkindən yarım milyon ton az və ya 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Hər hektarın orta məhsuldarlığı 27 sentner proqnozlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar