ARDNŞ Adaptasiya Proqramı üzre telimlere start verdi
18 Fevral 2014 Çərşənbə Axşamı 12:06
ARDNŞ Adaptasiya Proqramı üzre telimlere start verdi. Artıq xidmeti fealiyyetin qiymetlendirilmesinden ireli gelen ehtiyaclara uyğun telimlerin teşkiline başlanılıb.
ARDNŞ-de “Adaptasiya Proqramı” üzre telimlere start verilib. ANS PRESS-in Dövlet Neft Şirketinin saytına istinaden verdiyi melumata göre, ARDNŞ-nin İnsan Resursları Departamenti terefinden heyata keçirilen “Karyeranın idare olunması” layihesi uğurla davam etmekdedir.

Artıq layihenin terkib hissesi olan xidmeti fealiyyetin qiymetlendirilmesinden ireli gelen ehtiyaclara uyğun telimlerin teşkiline başlanılıb. Karyeranın idare olunması sisteminde yeni işçilerin iş yerine tez bir zamanda uyğunalaşmasına istiqametlenmiş “Adaptasiya Proqramı”nın da heyata keçirilmesi nezerde tutulub. Proqramın şirket üçün önemini nezere alaraq xidmeti fealiyyetin qiymetlendirilmesi neticesinde proqrama seçilmiş mütexessisler üçün telimlere başlanılıb.

İnsan Resursları Departamentinin emekdaşları “Karyeranın idare olunması” layihesi üçün pilot olaraq seçilmiş iki idarede - İnformasiya Texnologiyaları ve Rabite İdaresi ve Ekologiya İdaresinde “Adaptasiya proqramı” üzre texniki ve davranış telimlerine start veribler.

11-13 fevral tarixlerinde İRD-nin mütexessisleri terefinden İTRİ-de hemin Proqrama rehber seçilmiş 52 nefer, fevralın 14-de ise Ekologiya İdaresinde 21 nefer işçiye dünya tecrübesine esaslanaraq tehkimçi rehberin davranış qaydaları haqqında etraflı melumat verilib. İTRİ ve Ekologiya İdaresinde davam eden dörd günlük telim müddetinde iştirakçılar “Adaptasiya Proqramı”nın ehemiyyeti, şirkete faydaları, prosedurları, planlaşdırılmış nezaret mexanizmleri haqqında etraflı melumat elde edibler.


DOSTLARINLA PAYLAŞ:

oyunlar